FİLMLƏRDƏKİ KİMİ! MƏŞHUR FİLMLƏRİN VƏ SERİALLARIN ÇƏKİLDİYİ MƏKANLAR

  • 4841

Qondarma personajlar ardınca real səyahət təşkil edirik!

Ən sevdiyiniz filmin və ya serialın çəkildiyi yerlərə səyahət tətilinizi həqiqətən xüsusi edə bilər.  Xoşbəxtlikdən,  bu gün kino turizmi heç bir şeylə məhdudlaşmır - pulunuz və ən əsası arzunuz varsa, asanlıqla  “İşartı”, “Taxt-tac Oyunları” və ya “Böyük Budapeşt Oteli”nin çəkildiyi yerlərə gedə bilərsiniz. 

• "Karib Dənizinin Quldurları"

• "Üzüklərin Hökmdarı"

• "İşartı"

• "Harri Potter"

• "Taxt-tac  Oyunları"

• "Böyük Budapeşt” Oteli"


"Karib Dənizinin Quldurları" (2003 - indiyə qədər)

 Rejissorlar mövzusu bir neçə quldurun uğursuz sərgüzəştləri  olan bu filmlərin bu qədər məşhur olacağını düşünürdülər? Xeyr! Birinci hissənin əsas məqsədi Disneylanddakı yeni attraksiona diqqəti cəlb etmək idi. Buna görə film Walt Disney Pictures film şirkəti tərəfindən hazırlanmışdır. Lakin yaradıcılar bunu biraz üstələdilər və film misli görünməmiş bir müvəffəqə çevrildi.

Harada çəkilib?

İlk hissə “Qara Mirvarinin Lənəti” Karib dənizindəki Qrenada adasında və Dominikan Respublikasının Samana yarımadasında lentə alınıb. "Ölünün Sandığı" adlandırılan ikinci hissədəki  mənzərələrə Baham adalarında, üçüncü hissənin("Dünyanın Sonu") mənzərələrinə isə Kaliforniya və Havayda rast gəlmək olar. Saqanın dördüncü davam filmi “Qərib Sahillərdə” filmin coğrafiyasına Puerto-Riko adasını da əlavə etmişdir. Beşinci hissənin çəkilişi üçün isə heyət Avstraliyaya, Kvinslendə getməli olmuşdur.


“Üzüklərin Hökmdarı” (2001-2003)

Tolkienin romanları əsasında çəkilən filmlərin yayımlanmasından sonra Yeni Zelandiyada turizmdə yeni bir istiqamət - Tolkien-turizm meydana çıxdı. Hər il 2 milyondan çox  “Üzüklərin Hökmdarı” azarkeşi "hobbitlər və sehrbazlar səltənətinə" baş çəkir. Yeni Zelandiyada çəkilişlərin baş tutduğu təxmini 150 Orta Dünya məkanı mövcuddur və bəzi yerlərdə hətta dekorasiyalar olduğu kimi qalır. Həmin yerləri "Orta Dünya xəritəsi" istifadə edərək və ya mütəşəkkil gəzintilərin bir hissəsi olaraq ziyarət etmək mümkündür . Məsələn, Film NZ şirkəti müntəzəm olaraq belə növ ekskursiyalar təşkil edir. Burada az turist sayının müşahidə edildiyi fəsillər olmur-axı bu əfsanəvi yerləri gormək istəyən sadəcə Siz deyilsiniz! Əsas odur ki, yaxşı hazırlaşmağı unutmayasınız- Yeni Zelandiyanın mənzərəli yerlərində, xüsusilə dağlarda gəzinti yaxşı fiziki hazırlıq tələb edir.


Harada çəkilib?

Yeni Zelandiyanın paytaxtı - Oklend yaxınlığında – Qədim Meşə və Div Kolluğunu tapa bilərsiniz. Tongariro milli parkı, həmçinin Rotorua və Tuapo gölləri Mordoru təşkil edir. Mordorun Qara qapısı əslində Rangipo səhrasıdır. Fjordland Milli Parkındakı Waiau çayı filmdə Anduin çayı kimi təqdim edilir- Orta Dünyadaki ən böyük, Sauron və Lothlorien mülkləri arasındakı sərhəd - Elflərin yurdu. Sonuncusu, yeri gəlmişkən, Queenstown yaxınlığında bir ağcaqayın meşəsində yerləşir. 


Gollumun "hobbitlərə" rəhbərlik etdiyi bataqlıqlar həqiqətən mövcuddur və Kepler Mire (astronom Yohannes Keplerin adını daşıyır) adlanır. 900 hektardan çox ərazini əhatə edir və Fiordland Milli Parkındakı Cənubi Adada yerləşirlər. Hobbitlərin, nəhayət, qüdrətli üzüyü məhv edə bildikləri taleyüklü dağ-vulkan Orodruil - əslində Tongariro Milli Parkındakı Ruapehu və Ngauruhoe dağ zirvələridir.

“İşartı” (1980)

İçində qorxulu hadisələrin baş verdiyi qaranlıq bir oteli təsvir etmək fikri Stiven Kinqin ağılına Koloradodakı “Stenli” oteldə istirahət edərkən gəlmişdir.

Harada çəkilib?

Stanley Kubrick isə bu romanın trillerini ABŞ-ın Oregon şimalındakı Timberline Lounge-da çəkdi. Otel hələ də fəaliyyət göstərir və xizək kurortları, həmçinin digər turizm fəaliyyətləri ilə dolu mənzərəli bir yerdə yerləşir. Lakin Kubrick “İşartı” filmində Timberline Lounge-nin yalnız fasadından istifadə etmişdir, içəridə baş verən hər şey dekorasiyalar köməyi ilə çəkilmişdir. Ancaq onlar da Kubrick tərəfindən icad edilmiş dekorasiyalar deyildi- Kubrick Yosemite Milli Parkındakı “Ahwahnee” otelindən ilham almışdı. Oradan rejissor, demək olar ki, bütün interyeri kopyalamışdı: çilçıraqlar, pəncərələr, foyedəki qırmızı sütunlar, geniş qəbul salonu, filmdə üzərindən qan axan qırmızı lift qapıları.


İlkin panoramik təbiət görüntüləri Montana ştatında yerləşən “Glacier” milli parkında çəkilib. İlk kadrdaki göl eyni parkdakı Müqəddəs Məryəm gölüdür.


İnsanların ABŞ-a yalnız iki oteli ziyarət etmək üçün getmə ehtimalı azdır. Lakin Amerikada səyahət edərkən zaman ayırıb bu yerlərə baş çəkməyə olduqca dəyər. Yeri gəlmişkən, Maine ştatının Bangor çəhərinə də gedə bilərsiniz - orada Stephen King yaşayır. Yazıçının kotteci qorxu filmlərindəki ruhlarla dolu tipik  evlərə bənzədiyi üçün şəhərin görməli yerlərindən biri hesab edilir.


Harri Potter (2001-2011)

Harri Potter azarkeşləri tətilə İngiltərəyə getməlidirlər. İlk öncə məşhur filmin hər hissəsində gördüyümüz Hogwarts Express-də gəzməyə dəyər. Əslində, Hogwartsın yerinə bu qatar Şimali Şotlandiya dağlıq ərazilərində gəzir. Qatar gündə iki dəfə yola çıxır və Fort William və Mullay arasında hərəkət edir. Gəzinti təxminən dörd saat, biletin qiyməti isə 80 dollar olur. Ancaq yerlər aylar əvvəldən sifariş olunmalıdır.


Harada çəkilib?

XI əsrdə qurulan Gloucester Katedrali  filmdə Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbi olaraq göstərilir. Qəbul pulsuzdur. İçəri girdikdən sonra bu divarlarda Hogwartsın mənzərəsini asanlıqla tanıya bilərsiniz: vitraj pəncərələr, yüksək tavanlar, fan qövslər.


"Taxt-tac Oyunları" (2011-2019)

Corc Martinin "Buz və Alovun Nəğməsi" romanları əsasında hazırlanan serial populyarlığı baxımından "Üzüklərin Hökmdarlığı" ilə rəqabət edə bilər! Ayrıca bir "taxt oyunları turizmi"nin yaranmasına səbəb olmasa da, serialın pərəstişkarları saqanın əsas məqamlarının lentə alındığı yerləri artıq fəal şəkildə ziyarət edirlər.

Harada çəkilib?

Çəkilişlərin Mərakeş, İrlandiya, İslandiya, Malta kimi bir çox ölkələrdə baş tutmasına baxmayaraq, serialın ən tanınmış məkanları İspaniya və Xorvatiyada yerləşir. “Taxt-tac Oyunları”nın bu uğuru Xorvatiya üçün hətta bəzi çətinliklər dı yaratdı. Əgər 2010-cu il statistikasına əsasən ölkəyə hər il 8 milyon turist gəlirdisə, indi onların sayı artıq 18 milyondan çoxdur. Dubrovnik səlahiyyətliləri hətta bir müddət girişi məhdudlaşdırmağa qərar verdilər. Bir çox səhnə məhz burada lentə alınmışdır. Məsələn, “Taxt Oyunları”nın ikinci mövsümündə, Blackwater-Bay üzərində döyüşü lentə aldıqları Müqəddəs Lourens qalasını görə bilərsiniz.


Sibenik, Kastel, Krka çayı, Minçet Qülləsi, Lokrum adası (hakimiyyət hətta serialdaki orijinal dəmir taxtı alıb, onu hal-hazırda adada monastırda görmək mümkündür), Diocletian Sarayı - bütün bu yerlər Xorvatiyadadır və oraya özünüz yaxud ekskursiya qruplarının tərkibində gedə bilərsiniz.

Kral Targaryen sülaləsinin sarayı əslində İspaniyada - Sumaya şəhərində Playa de Itzurun çimərliyində yerləşir.

Digər nişanlı yer Highgarden rolunu oynamış Almodovar del Rio Castle - Tyrell ailəsinin evidir. Qala XVIII əsrdə inşa edilmişdir və Kordoba əyalətindəki Guadalquivir çayının yaxınlığında eyni şəhərdə yerləşir.


"Taxt-tac Oyunları" nın altıncı mövsümündə İspaniyanın başqa bir görməli yerinə rast gələ bilərsiniz-Almeria qalası. Serialda o, Martell sülaləsinin əlindədir. Osundadakı Plaza del Toros, Seville Alcazar, Cordobadakı Roman Körpüsü - bütün bu yerlər teleserialda da görünür.

“Böyük Budapeşt Oteli”(2014)

Rejissor Wes Anderson film çəkmə tərzi ilə məşhurdur: həndəsi simmetriya, canlı rəng palitrası, qeyri-adi personajlar. O, film çəkilişi üçün həm də qeyri-adi yerlər seçir.

Harada çəkilib?

Məşhur otel ümumiyyətlə nə Budapeştdə, nə də Macarıstanda da yerləşmir. Və hətta bir otel də deyil! Çəkiliş Almaniyanın şərqində yerləşən Saksoniyadakı alman mağazalarından birinin köhnə binasında - Görlitzdə baş tutub. Görlitzer Warenhaus Almaniyanın görməli yerlərindən birinə çevrilməyi başa bilməyib. Buraya giriş pulsuzdur. Oradakı bir-biri ilə rəqabət aparan turistləri də görmək çətindir-axı, Wes Anderson bu qədər kütləvi bir rejissor deyil.