Novruz bayramında Dubay şəhərinə əlavə reyslər!

Novruz bayramını Dubayda keçirmək istəyənlərə şad xəbər! "Azərbaycan Hava Yolları" bayram günlərində sərnişinlər üçün rahat gediş və gəliş vaxtı olan reysləri əlavə edir.

Belə ki, 2022-ci il martın 17-dən 26-dək olan müddətdə aviaşirkət Bakıdan səhər saat 08:00-da və Dubaydan saat 12:00-da (yerli vaxt göstərilib) J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçirəcək.

Beləliklə, göstərilən müddət ərzində AZAL səhər saatlarında iki uçuş yerinə yetirəcək ki, bu da sərnişinlərin təyinat məntəqələrinə günün əvvəlində gəlmələrinə imkan verəcək.