Yay cədvəli üzrə "Vnukovo" hava limanına biletlərin satışına başlayırıq!

AZAL yay uçuş cədvəli çərçivəsində Moskvanın "Vnukovo" hava limanına yerinə yetirilən uçuşlara aviabiletlərin satışına başlayıb.

Yay cədvəli çərçivəsində Vnukovo aeroportuna uçuşlar 27 mart 2022-ci il tarixindən etibarən həyata keçiriləcək.

Uçuşlar hər gün həyata keçiriləcək. Bakı hava limanından uçuş yerli vaxtla saat 16.30-da baş tutacaq.

Həmçinin, AZAL Moskvanın "Domodedovo" aeroportuna da gündəlik reyslər həyata keçirir.

Aviabiletləri aviaşirkətin bütün akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.