AZAL Bakı ilə Berlin arasında uçuşları bərpa edir

 “Azərbaycan Hava Yolları" aviaşirkəti 29 may tarixindən etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.

Belə ki, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.

Aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Almaniyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-germany.