
“Azərbaycan Hava Yolları” aviaşirkəti noyabrın 19-dan etibarən Bakıdan Almatıya və geri istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Bakı-Almatı marşrutu üzrə uçuşlar hər həftə - cümə günləri, geri istiqamətdə isə şənbə günləri Airbus A319 hava gəmisində həyata keçiriləcək.
Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan
Sərnişin Almatıdan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür:
https://www.azal.az/az/information/covid-azerbaijan.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.