Hədiyyəli pulsuz baqajla İstanbula!

Bakıdan İstanbul şəhərinə və əks istiqamətə həyata keçirilən uçuşlarda yeni aksiya elan edirik. 31 dekabr 2021-ci il tarixinədək səyahət etməyi planlaşdıran bütün ekonom sinif sərnişinləri əlavə baqaj yerini bizdən tamamilə pulsuz əldə edəcəklər.

Bu aksiya "Azərbaycan Hava Yolları"-nın J2-077 və J2-078 reyslərinə şamil edilir.

Beləliklə, aksiya çərçivəsində ekonom sinifində hər biri 23 kq və üç ölçünün cəmi üzrə 157 santimetrə qədər olan 2 ədəd baqaj özünüzlə apara bilərsiniz.