Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edirik!

Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar 16 mart tarixindən başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə 17 mart tarixindən başlayacaq və həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Reyslərə biletləri aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.