İstanbul və Dubay reyslərinə yeni aksiya!

Üçüncü aviabilet pulsuz! 

Azərbaycan Hava Yollarının İstanbul və Dubay reyslərinə yeni aksiya!

İki aviabilet alana üçüncü bilet hədiyyə olaraq təqdim olunur!*

Aksiya 4 mart 2022-ci il tarixinədək yerinə yetirilən reyslərə aviabiletlərin alınması zamanı şamil edilir.

Aksiya çərçivəsində təklif aşağıdakı reyslərə ekonom sinifdə gediş-dönüş biletlərinin alınması zamanı keçərlidir:

- Bakı-Dubay-Bakı - bütün reyslərə;

- Bakı-İstanbul-Bakı - J2-077/078 reyslərə.

Hədiyyəli aviabilet həm böyük, həm də uşağın adına rəsmiləşdirilə bilər.

Aksiya çərçivəsində İstanbul-Bakı (J2-078) və Dubay-Bakı (J2-012) reyslərinin sərnişinləri, həmçinin, özləri ilə çəkisi 23 kq-a qədər (ölçüləri üç ölçünün cəmində 158 sm-ə qədər) olan ödənişsiz əlavə baqaj yeri götürə biləcəklər.

AZAL-Miles bonus proqramımızın iştirakçıları sözügedən reyslərə biletləri 30% güzəştlə əldə edə biləcəklər. Endirim bütün xidmət siniflərinə şamil edilir.

Bu aksiya çərçivəsində aviabiletləri AZAL-ın bütün akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Qeyd edək ki, AZAL Bakıdan İstanbul və Dubay şəhərlərinə hər gün uçuşlar həyata keçirir.

Hədiyyəli aviabiletinin vergi və rüsumları ödənilir.

Aksiya çərçivəsində bütün aviabiletlər bir bronda rəsmiləşdirilməlidir, biletlərin dəyişdirilməsi və ya yenidən bronlaşdırılması eyni zamanda yerinə yetirilə bilər.