
Xarkova uçuşları bərpa edirik!
Uçuşlar mayın 20-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Həmçinin, mayın 1-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayı artırılır. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys (şənbə günləri) əlavə olunur.
Biletləri aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.